Turizm Təlim və Sertifikasiya Mərkəzi
Azərbaycan Turizm Bürosu tərəfindən təsis edilmiş onlayn təlim portalı
Gələcəyə baxışımız
Turizm sektorunda çalışan peşəkarlara və mövcud xidmətlərə əlavə dəyər qataraq yerli və beynəlxalq təcrübələyə əsaslanan sertifikasiya potensialı ilə Azərbaycanda möhkəm şəbəkə əlaqələri olan və regionda aparıcı təlim və sertifikasiya mərkəzi kimi tanınmaq.
Təlim və Sertifikasiya Mərkəzinin missiyası
Təlim və Sertifikasiya Mərkəzi innovativ tədris metodları ilə sənaye nümayəndələrini və dövlət rəsmilərini təlimə cəlb etməklə turizm sənayesində xidmət keyfiyyətini yaxşılaşdırmaq , ölkədə turizm haqqında məlumatlılığı artırmaq və turizm sektorunda məşğulluğa töhfə vermək üçün təlimlər təşkil edəcək.
Bir rəhbər olaraq bilikləriniz və təcrübənizi komandanız ilə effektiv şəkildə bölüşmək istəyirsinizsə, 28 iyun, saat 15:00-da bizə qoşulun.
Xidmət sahəsində mükəmməlliyə necə nail olmalı? Bu suala cavab tapmaq üçün 24 iyun, saat 15.00-da keçiriləcək təlimimizə qoşulun.
Hotelinizdə gəlirlərin və gəlir mənbələrinin düzgün idarə edilmə yollarını öyrənmək üçün 17 iyun, saat 15.00-da keçiriləcək təlimimizə qoşulun.