Turizm Təlim və Sertifikasiya Mərkəzi
Azərbaycan Turizm Bürosu tərəfindən təsis edilmiş onlayn təlim portalı
Gələcəyə baxışımız
Turizm sektorunda çalışan peşəkarlara və mövcud xidmətlərə əlavə dəyər qataraq yerli və beynəlxalq təcrübələyə əsaslanan sertifikasiya potensialı ilə Azərbaycanda möhkəm şəbəkə əlaqələri olan və regionda aparıcı təlim və sertifikasiya mərkəzi kimi tanınmaq.
Təlim və Sertifikasiya Mərkəzinin missiyası
Təlim və Sertifikasiya Mərkəzi innovativ tədris metodları ilə sənaye nümayəndələrini və dövlət rəsmilərini təlimə cəlb etməklə turizm sənayesində xidmət keyfiyyətini yaxşılaşdırmaq , ölkədə turizm haqqında məlumatlılığı artırmaq və turizm sektorunda məşğulluğa töhfə vermək üçün təlimlər təşkil edəcək.
Güclü emosional zəka bacarıqları sayəsində duyğularımızı başa düşə və idarə edə bilərik.
Bu təlim sosial şəbəkələrdən istifadə edərək şirkətinizin virtual varlığını necə qurmağı və böyütməyi izah edəcək, eyni zamanda sosial nediada əlaqələri artırmaq və digər tövsiyələr və strategiyalar təqdim edəcək.
Təlim Azərbaycanın kulinariya bölgələrini, adət-ənənələrini, yeməklərini, reseptlərini dərindən öyrənib və həmin bilikləri turistlərə necə izah edəcəyini anlamağa imkan verir.