Kurslar
-
Rəqamsal marketinq
Kursumuzda sosial media marketinqi, veb-sayt marketinqi və birbaşa e-poçt kampaniyalarının planlaşdırması da daxil olmaqla rəqəmsal marketinq konsepsiyaları və digər məlumatları əldə edəcəksiniz.
-
Turizm bələdçiləri üçün ilkin tibbi yardım
İlkin tibbi yardım təlimi sizi iş yerində Azərbaycanda sənaye standartlarına uyğun olaraq, ilkin tibbi yardım üçün tələb olunan bilik, praktiki bacarıq və anlayışlarla tanış edəcək.
-
Təmizlik şöbəsi
Bu təlimdə gündəlik təmizlik işləriniz üçün lazım olan əsas məqamları – otaq hazırlamaqdan və təməl təmizlikdən camaşır yuma xidmətinə qədər öyrənəcəksiniz.
-
Texnologiya və mətbəx
Bu təlim sizə mətbəx texnologiyasından, bıçaqlardan, alətlərdən, avadanlıqlardan istifadə edərək standart kulinariya prosedurlarının necə aparılmasını və təhlükəsizliyinin əsas prinsiplərini izah edəcək.
-
Liderlik bacarıqları
Komandaya rəhbərlik edən mütəxəssisi olmaq və ya liderlik bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, bu təlimə qoşula bilərsiniz.
-
Satış və marketinqin əsasları
Bu əhatəli təlim sizə yüksək məhsuldar satış və marketinq göstəricilərinə nail olmaq, yüksək satış və digər əsas bacarıqları öyrətmək üçün hazırlanıb.