Seminarın proqramı

Bu seminar səyahət agentliklərinin satış menecerləri və tur proqramları hazırlayan əməkdaşlar üçün nəzərdə tutulmuşdur. Burada siz aktiv turizm sahəsində tur proqramlarının tərtibi ilə yanaşı, təhlükəsizlik, qidalanma, qonaqlama və s. məsələlərlə tanış olacaq, bu tip turları həyata keçirə biləcək şirkət və klublar haqqında məlumat əldə edəcəksiz.

Əlavə məlumat

Seminar Azərbaycan Turizm Bürosunun Turizm Məhsulu Sektorunda Dağ turizmi və Ekoturizm üzrə mütəxəssis Toğrul Cəfərov tərəfindən keçiriləcək. Təlim azərbaycan dilində oflayn şəkildə Landmark hotelinin "Ares" otağında baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin axırında TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Seminara qeydiyyat Martın 14-ü saat 16:00-da bitir.