Kursun proqramı

3 aylıq qısa müddətli tədris proqramı bacarıqlarınızı bir üst səviyyəyə çatdırmaq üçün pörtlətmə, səthi (az yağda) qızartma, sobada bişirmə, qovurma kimi fərqli bişirmə metodlarını və bacarıqlarını öyrənməyiniz və anlamağınız, o cümlədən, tətbiq etməyiniz üçün tərtib olunmuşdur. Bu tədris proqramı Fransız mətbəxi və beynəlxalq mətbəxdə istifadə olunan əsas texnikaları və peşəkar aşpaz olmaq üçün istifadə etdiyimiz inqrediyentlər və bacarıqlar haqqında təfərrüatları əhatə edir. Bu anlayışları öyrənməklə siz peşəkar aşpaz olmaq üçün daha inamlı olacaqsınız.

Kurs bölmələri

Kursda nələri öyrənəcəksiz?

  • Qonaqpərvərlik sektorunun öyrənilməsi

  • Qonaqpərvərlik sektorunda dayanıqlılıq haqqında məlumatlığın artırılması

  • Peşəkar İş yeri standartları

  • Qida Təhülkəsizliyi Sertifikatı

  • Mizanplas

  • Bişirmə metodları, texnikaları və ləvazimatları: ➢ Suda bişirmə, buğda bişirmə və buxarda bişirmə ➢ Buxarda bişrimə və pörtlətmə ➢ Sobada bişirmə, qızartma və qrildə qızartma

Bu tədris proqramı kimlər üçündür?

  • Yeni başlayanlar

    Əvvəllər yemək bişirməyən, lakin evdə və peşəkar səviyyədə bişirməyi öyrənmək istəyən yeni başlayanlar

  • Aşpaz olmaq istəyənlər

    Ev şəraitində yemək bişirən və peşəkar səvviyyədə aşpazlığı öyrənmək istəyənlər

  • Təcrübəli aşpazlar

    Bacarıqlarını inkişaf etdirmək istəyən təcrübəli aşpazlar

CÀSÀ - Azərbaycan Kulinariya Sənəti Mərkəzi haqqında

“CÀSÀ” 2020-ci ildə Azərbaycanın Bakı şəhərində təsis edilmişdir. Azərbaycanda ilk peşəkar Kulinariya Mərkəzi olub, kulinariya təhsili üzrə beynəlxalq standartlar, peşəkar diplom təklif edən və yüksək keyfiyyətli proqramlar tədris edən akkreditasiya olunmuş üçüncü səviyyə təhsil müəssisəsidir.

Əlavə məlumat

Proqram Bazar ertəsi və Cümə axşamı, 19:00-23:00 saat aralığında olmaqla, 3 ay davam edir. Proqramın qiyməti TTSM-in veb-saytı vasitəsilə qeydiyyatdan keçən iştirakçılar üçün endirimlə 2375 AZN təşkil edir.

Proqrama qeydiyyat davam edir.
Qeydiyyat üçün son tarix mart ayının 26-sı, 23:59-dur.