Təlimin proqramı

Bu təlim illik büdcə və biznes strategiyasında marketinqin danılmaz əhəmiyyətinə diqqət yetirir. Biz marketinq planlaşdırmasının hissələrini təqdim etmək əvəzinə, “butik hotel” nümunəsini nəzərdən keçirəcəyik, marketinq üçün müəyyən mərhələləri və yol xəritəsini qavrayıb düzgün maliyyə işini yaratmaqla bərabər nəticələri proqnozlaşdırmaq və uğurlu kampaniyalar qurmaq üçün yekun nəticələri ölçəcəyik. Təlim hoteldə çalışan satış mütəxəssisləri və satış rəhbərləri üçün nəzərdə tutulub.

Əlavə məlumat

Təlim turizm və qonaqpərvərlik sahəsində 8 ildən artıq təcrübəyə malik marketoloq və təlimçi Nuray Hüseynzadə tərəfindən aparılacaq. Hazırda Abşeron Hotel Qrupunun rəqəmsal marketinq meneceridir. Təlim azərbaycan dilində InterContinental Baku hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Qeydiyyat üçün son tarix 28 sentyabr, 12:00-dır.