Qonaqpərvərlik sahəsində marketinq
Bu tədris proqramı təcrübəsi olan və marketinq bacarıqlarını inkişaf etdirmək istəyən marketinq mütəxəssisləri və karyerasını yeni qurmağa başlayan tələbələr üçün nəzərdə tutulub.
1.5 ayı əhatə edən qısamüddətli tədris proqramı satışda istifadə edilən alətləri, effektiv marketinq texnikalarını və müxtəlif marketinq kommunikasiya vasitələrini təqdim edir. Sosial media marketinqi isə son on ildə marketoloqlar arasında daha çox populyarlıq qazandı. Bəs SMM turizm sahəsində marketinq məqsədlərinə çatmağa kömək edə bilərmi? Bu kurs vasitəsilə bu və digər suallara ətraflı cavab tapacaqsınız.
Kursda nələri öyrənəcəksiz?
Sosial şəbəkə səyahətinizin başlanması
Faydalı insayt: Alıcı tipləri və sosial müştərilər
Sosial brend kimliyi və məzmun formatları
Sosial şəbəkə planlaması: kopiraytinqdən məzmunadək
Birbaşa satışların artırılması və ödənişli reklamlar ilə məlunatlandırma səviyyəsinin artırılması
Sosial şəbəkədə maliyyələşdirilmə, ROI təhlili və hesabat
Kurs turizm və qonaqpərvərlik sahəsində 8 ildən artıq təcrübəyə malik marketoloq və təlimçi Nuray Hüseynzadə tərəfindən aparılacaq. O, hazırda Abşeron Hotel Qrupunun rəqəmsal marketinq meneceri vəzifəsində çalışır. Nuray Hüseynzadə 2016-ci ildə Avstriyanın nüfuzlu universitetlərinin biri olan "IMC University of Applied Sciences Krems" universitetində Turizm menecmenti üzrə bakalavr təhsili alıb. Nuray xanım "AHLEI" İnstitutu tərəfindən tədris olunan "Certified Hospitality Trainer" proqramını uğurla başa vuraraq qonaqpərvərlik sahəsində professional təlimçi olaraq fəaliyyətini davam etdirir.
Kurs çərşənbə axşamı və cümə axşamı, 19:00-21:00 saat aralığında olmaqla 1.5 ay davam edir. Proqramın qiyməti qeydiyyatdan keçən iştirakçılar üçün 130 AZN təşkil edir.