Təlimin proqramı

Təlim onlayn səyahət agentlikləri üzrə platformalar, qlobal paylanma sistemləri, platformalar, topdan satış operatorları və mövcud fərqin təhlilinə fokuslanıb. Həmçinin, təlim zamanı vasitəçi rolunda çıxış edən platformalar, otellərin birbaşa satış kanallarından OTA müraciəti və otelin mövqeyinin və eyni təsnifatda olan otellər arasında mövqeyinin təhlili və gələcək addımlar, tövsiyyələr müzakirə ediləcək.

Əlavə məlumat

Təlim turizm və qonaqpərvərlik sahəsində on beş ildən artıq təcrübəyə malik gəlirlər üzrə məsləhətçi və təlimçi Bahar Dadaşova tərəfindən aparılacaq. Hazırda AR Gənclər və İdman Nazirliyinin Regional Olimpiya Mərkəzləri otellərinin rəhbəridir. Təlim azərbaycan dilində Ibis Baku City hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Qeydiyyat üçün son tarix 15 avqust, 12:00-dır.