Təlimin proqramı

Gəlirlərin idarəedilmə bacarığı hər bir müəssisə üçün olduqca vacibdir, çünki qısa və uzunmüddətli qərarlar zamanı nəzərə alınmalı olan amillərdən biridir. Gəlirlərin idarəedilməsi artıq bir fokus istiqamət olaraq yaranıb və hotel sənayəsində geniş istifadə edilməkdədir. Təlimdə Siz gəlirlərin idarə edilməsinin əsasları və hotellərdə iş prinsiplərini, həmçinin digər şöbələrlə mövcud olan əlaqəsini öyrənə biləcəksiniz. Bu təlim satış rəhbərləri, qida və içki sənayesində çalışan rəhbərlər və turizm sənayəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulub.

Əlavə məlumat

Təlim turizm və qonaqpərvərlik sahəsində on beş ildən artıq təcrübəyə malik gəlirlər üzrə məsləhətçi və təlimçi Bahar Dadaşova tərəfindən aparılacaq. Hazırda Frisaga İnc. Travel Technology şirkətinin Baş İcraçı Direktorudur. Təlim azərbaycan dilində Ibis Baku City hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Qeydiyyat üçün son tarix 15 iyun, 18:00-dır.