Seminarın proqramı

Bu seminar sizə qəhvə hazırlamaqda əsas bacarıqları öyrənməyə kömək edəcək, həmçinin sizin üçün yeni dadlar açacaq. Əlavə olaraq, barista bacarıqları, və sensor analiz anlayışı müzakirə olunacaq. Belə ki, kofe sahəsində biliklərinizi artirmaq istəyirsinizsə, bu seminara qoşulun. Seminar barista, barmen, qida və içki sahələrində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Əlavə məlumat

Seminar 12 il qida və içki xidmət sənayesində və son 6 il Azərbaycanda kofe sahəsində fəaliyyət göstərən Pərviz Dadaşov tərəfindən aparılacaq. Pərviz bəy hazırda "United Coffee Beans"-in təsisçisi və icracı direktorudur. Seminar azərbaycan dilində "United Coffee Beans"-də baş tutacaq. Seminara qoşulmaq ödənişsizdir. Seminarın sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Qeydiyyatdan keçmək üçün son tarix sentyabırın 13-ü, 12:00-dır.