Kukilərə dair siyasət

Azərbaycan Turizm Bürosu (ATB) qurumun məhsulu olan https://training.tourismboard.az/ veb-saytı vasitəsilə istifadəçilərə müvafiq və yeni məlumatları çatdırır. 

 

Kuki faylları nədir?

Kuki (cookie) faylları istifadəçilərin internetə daxil olduğu avadanlıqlarda əksər veb-saytlar vasitəsilə saxlanılan kiçik-həcmli mətnlərdir. Kuki fayllarının saxlanılması ilə bağlı qərar yalnız istifadəçidən asılıdır. Məhz istifadəçi brauzer vasitəsilə kuki fayllarının saxlanılmasını məhdudlaşdıra və yaxud bu faylları silə bilər.

 

Kuki fayllarının növləri

1. Sessiya kuki faylları

Bu kuki faylları Sizə veb-saytın müvafiq şəkildə fəaliyyəti üçün lazımi alətlərdən istifadə etmək imkanı verir. Bu fayllar olmadan veb-saytda mövcud olan bir sıra xidmətlərin fəaliyyətində maneələr müşahidə edilə bilər.

 

2. Daimi kuki faylları

Bu növ kuki faylları gələcəkdə veb-saytdan istifadə təcrübəsini təkmilləşdirmək məqsədilə veb-saytda istifadəçilərin fəaliyyəti barədə məlumatları (məsələn, veb-saytın hansı səhifələri daha çox ziyarət olunur) saxlayır.

 

3. Funksional kuki faylları

Bu kuki faylları vasitəsilə veb-sayt Sizin parametrləriniz və seçimləriniz barədə məlumatları (məsələn, istifadəçi adı, dil, region) toplayır və beləliklə də, genişləndirilmiş fərdi funksiyaları təqdim edir. Bu tip kuki faylları Sizin veb-saytdakı fəaliyyətinizi izləməyi aktivləşdirə bilər.

 

4. Hədəf və reklam kuki faylları

Bu kuki faylları adətən reklam şirkətləri və sosial media şəbəkələri (“üçüncü tərəf”) tərəfindən hədəf reklam nümayişi, təkrarlanan reklamın qarşısının alınması və ya reklam agentliklərinin effektivliyinin qiymətləndirilməsi məqsədilə istifadə olunur.

 

Kuki faylları niyə lazımdır?

Əksər veb-saytlar kuki fayllarından istifadə edir, çünki bu fayllar veb-sayt istifadəçilərinə onların maraq və seçimlərinə uyğun olaraq məzmunun fasiləsiz və rahat şəkildə yeniləşdirilməsini təmin edir. Veb-saytın ziyarət olunması ilə bağlı statistik məlumatlar (internet-trafik) da kuki fayllarına aiddir və bunun əsasında şəbəkə administratorları veb-saytın fəaliyyətinin effektivliyini qiymətləndirə bilərlər. Bundan başqa, bu fayllar vasitəsilə veb-saytda istifadəçilərə təqdim olunan reklam elanlarının forma və kəmiyyətinin məqsədəuyğunluğu dəyərləndirilə bilər.